Region

"Uzak şehir" zirvəni itirdi: Yeni lider bəlli oldu

Uzak şehir zirvəni itirdi: Yeni lider bəlli oldu

Türkiyədə 21 sentyabr, bazar ertəsi gününün televiziya reytinqləri açıqlanıb. TİAK tərəfindən yayımlanan nəticələrə əsasən, ATV-nin ekranlara gətirdiyi "Altı Üstü İstanbul" serialı Total kateqoriyasında birinci olaraq günün lideri olub.

Demokrat.az xəbər verir ki, kanal D-də yayımlanan "Uzak şehir" isə Total reytinqində ikinci pillədə qərarlaşıb. Serial bu kateqoriyada 6,97 reytinq və 22,77 faiz izlənmə payı əldə edib.

Bununla belə, serial digər auditoriya qruplarında liderliyini qoruyub. Serial həm AB, həm də ABC1 kateqoriyalarında birinci yerdə qərarlaşıb.

Beləliklə, serial Total kateqoriyasında uzun müddətdir davam edən liderliyini "Altı Üstü İstanbul"a verib. Lakin serial digər iki əsas kateqoriyada zirvədə qalmağa davam edib.

Reytinq nəticələri bazar ertəsi axşamı yayımlanan layihələr arasında ciddi rəqabətin olduğunu bir daha göstərib.

NE
Nihadə Eyyubova