Siyasət

Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib - FOTO

Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib - FOTO

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni baş katibi İsmayıl Uld Şeyx Əhmədi təbrik edib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Görüş zamanı Ceyhun Bayramov artan islamofobiya ilə mübarizədə həmrəyliyin vacibliyini vurğulayıb və Azərbaycanın Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib.

Nazir artan regional hərbi münaqişələrlə bağlı narahatlığını ifadə edərək, qlobal miqyasda müsəlman icmalarını hədəf alan ayrı-seçkilik və zorakılıqla mübarizə aparmaq üçün diplomatik səylərin gücləndirilməsinə çağırıb.

Ceyhun Bayramov, həmçinin 2027-ci ildə Azərbaycanda keçiriləcək İƏT Zirvə Görüşünə hazırlıq çərçivəsində görülən institusional işlər barədə məlumat verib.

NE
Nihadə Eyyubova