Özəl

Cərimə meydançası ilə bağlı qərarda dəyişiklik — Açıqlama

Cərimə meydançası ilə bağlı qərarda dəyişiklik — Açıqlama

Yeni qərara əsasən, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa təxliyə avtomobili ilə gətirilməsi üçün 30 manat, avtomobilin duracaqda saxlanılması üçün isə kütləsindən asılı olaraq gündəlik 2, 3 və ya 5 manat haqq müəyyənləşdirilib.

Bu halda, məsələn, avtomobil qayda pozuntusuna görə cərimə meydançasına aparılarkən sürücü həm 30 manat təxliyə haqqı, həm də duracaqda saxlanıldığı hər gün üçün ayrıca ödəniş etməlidir? Bu ödənişlərin tətbiqi mexanizmi necə olacaq?

Demokrat.az-a bu barədə danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, hazırda adi hallarda avtomobillərin təxliyə edilərək xüsusi dayanacaqlara aparılması, demək olar ki, yoxdur.

Onun sözlərinə görə, bunun üçün artıq kifayət qədər ciddi əsas olmalıdır:

Cərimə meydançası ilə bağlı qərarda dəyişiklik — Açıqlama

"Əvvəllər evakuator gəlib avtomobili olduğu yerdən götürərək aparırdı. İndi isə belə hal daha çox fors-major vəziyyətlərdə, yəni avtomobilin hər hansı səbəbdən yolda qalması, hərəkətə mane olması və ya yolu bağlaması kimi hallarda tətbiq oluna bilər. Bundan başqa, çox kobud qayda pozuntusu baş verərsə və avtomobilin həmin vəziyyətdə idarə olunması mümkün deyilsə, onun təxliyə edilməsi zərurəti yarana bilər. Yəni söhbət artıq adi dayanma-durma qaydalarının pozulmasından getmir. Normal halda avtomobilin sadəcə səhv yerdə saxlanılmasına görə təxliyə edilməsi praktikası əvvəlki kimi deyil".

Ekspert əlavə edib ki, təxliyə mexanizminin hazırda konkret olaraq necə tətbiq edildiyi barədə dəqiq məlumatı yoxdur:

"Əvvəllər mexanizm belə idi ki, avtomobili aparırdılar və sahib müəyyən edilmiş ödənişi etdikdən sonra gedib avtomobilini xüsusi dayanacaqdan götürürdü. İndi isə təxliyənin hansı hallarda və hansı prosedurla həyata keçirilməsi ayrıca mexanizmlə tənzimlənə bilər. Əsas məsələ odur ki, avtomobilin təxliyəsi adi dayanma-durma pozuntularına görə tətbiq olunan tədbir kimi deyil, daha ciddi və zəruri hallarda istifadə olunan mexanizm kimi nəzərdə tutulmalıdır"

FH
Fidan Hacızadə
Müxbir