Sosial

Sumqayıt istiqamətində hərəkət edən sərnişinlər üçün yenilik

Sumqayıt istiqamətində hərəkət edən sərnişinlər üçün yenilik

Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə metronun "20 Yanvar" stansiyasının yaxınlığında, Sumqayıt istiqamətində hərəkət edən ekspres marşrutların başlanğıc məntəqəsində yeni dayanacaq pavilyonu quraşdırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, pavilyonların quraşdırılması Moskva prospektində, "20 Yanvar" dairəsindən "Şamaxinka" adlanan əraziyə gedən yolda yerləşən cib tipli dayanacaq məntəqəsində də həyata keçirilir. Ərazidə səki infrastrukturu təşkil olunmaqla dörd pavilyon quraşdırılır.

Eyni zamanda, "Şamaxinka" adlanan ərazidə metronun "20 Yanvar" stansiyası istiqamətində sərnişin axınının artması nəzərə alınaraq mövcud iki dayanacaq pavilyonunun yanında daha bir pavilyonun quraşdırılmasına başlanılıb.

Beləliklə, vətəndaşların rahatlığı üçün Moskva prospektində ümumilikdə altı yeni müasir dayanacaq təşkil edilir.

NE
Nihadə Eyyubova