Bu görüntüyə baxanda adam fikirləşir ki, yazıq bu xanım. Amma, çox yox, yarım saat ərzində əməkdaşlarımız araşdırma edib elə faktlara rast gəldilər ki, bu videoya bir də baxıb düşündük ki, görəsən bu qadın heç utanırmı?
Beləliklə vaxtınızı çox almadan keçək faktlara. Bu qadın Ağdərə rayonunun Vəngli kəndində yaşayan Əmircanlı Aytac Şakir qızıdır. 1997-ci ildə Ağdamda doğulub. 2025-ci ildə isə Ağdərə rayonunun Vəngli kəndinə 4 ailə üzvü ilə birlikdə köçürülüb. Orta təhsillidir. Əmək qabiliyyəti var. İki dəfə nigahda olub, lakin boşanıb. Bəli, atası Behbudov Şakir Çernobıl və Qarabağ əlili olaraq təqüd alır. Onu da qeyd edək ki, Əmircanlı Aytaca Ağdərənin Vəngli kəndində dövlət tərəfindən 2 mərtəbəli ev verilib. Və o burada ailə üzvləri ilə birgə yaşayır. Hətta onun müraciətləri əsasında sözügedən mənzildə məhz onun istəyinə uyğun olaraq 3 dəfə təmir işləri aparılmışdır. Eyni zamanda mənzilin məişət avadanlıqları ilə təmin edilməsinə köməklik də göstərilmişdir. Aytacın atası Şakirin müraciətinə uyğun olaraq ona müqavilə əsasında Vəngli kəndində 2 mərtəbəli qeyri-yaşayış sahəsi verilmişdir. Bu yerin istifadəsinə görə isə minimum əmsallarla ona aylıq 184 manat 80 qəpik istifadə haqqı hesablanmışdır. Lakin, o, bu ödənişi etməmiş, buna görədə 550 manat borcu yaranmışdır. Dəfələrlə ödəniş üçün müraciət edilsə də o imtina etmişdir və beləliklə həmin müqaviləyə xitam verilmişdir. Həmçinin ödənişin edilməsinin təmin edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Sual yaranır. Dövlət tərəfindən edilən köməkliklər bununla bitibmi? Xeyr. Bundan əlavə vətəndaş dövlət məşğulluq agentliyi tərəfindən təklif olunan münasib iş yerlərindən imtina etmiş, buna görə də onun özünüməşğulluq proqramına cəlb edilməsi qərara alınmışdır. Bu istiqamətdə onun istəyinə uyğun olaraq mal-qara ilə təmin edilməsi nəzərdə tutulmuşdur ki, hazırda sözügedən aktivlərin vətəndaşa 1 ay müddətinə natural formada təqdim edilməsi istiqamətində işlər görülür. Araşdırmalarımız zamanı o da məlum oldu ki, Əmircanlı Aytac Şakir qızı Ağdərənin Vəngli kəndində yaşadığı evin çıxarışını əldə etdikdən sonra oranı satmaq istəyir. Eyni zamanda bunu da öyrənə bildik ki, Aytac, Vəngli kəndində məskunlaşmamışdan əvvəl Xankəndi şəhərində yerləşən İN CİTY hoteldə işləmiş, lakin, bir müddət sonra işə davamiyyət və qeyri-etik davranışlar səbəbindən işdən çıxarılmışdır. Və gələk əsas məsələyə. Əmircanlı Aytac Şakir qızı şəhid ailəsi üzvü olmamasına baxmayaraq özünü şəhid ailəsi kimi təqdim edir. Bəs sizcə bu şəhid ailələrinin adını batırmaq, onlara başıaşağılıq gətirmək deyilmi? Üstəlik, uğrunda bu qədər şəhid verilmiş bir torpaqda dövlət tərəfindən verilən evdə oturub düşmən tərəfindən kömək istəmək vətəni satmaq deyilmi? Bəs vətənə xəyanət necə olur? Sadəcə bir az vicdanlı olmaq lazımdır. (barometr.tv)

