Maraqlı

"Kavak Yelleri"nin Efe və Aslısı illər sonra yenidən bir araya gəldi - FOTOLAR

Kavak Yellerinin Efe və Aslısı illər sonra yenidən bir araya gəldi - FOTOLAR

Bir dövrün məşhur gənclik seriallarından olan "Kavak Yelleri"nin sevilən aktyorları Dağhan Külegeç və Pelin Karahan illər sonra yenidən bir araya gəlib.

Demokrat.az xəbər verir ki, serialda Efe və Aslı obrazlarını canlandıran aktyorların görüşü "Kavak Yelleri" pərəstişkarları üçün nostalji anlar yaşadıb. İkilinin illər sonra eyni kadrda yer alması sosial mediada da diqqət çəkib.

Efe və Aslı yenidən eyni kadrda

2007-ci ildə Kanal D ekranlarında yayımlanmağa başlayan "Kavak Yelleri" qısa müddətdə gənclərin sevimli seriallarından birinə çevrilmişdi. Layihədə Pelin Karahan, Dağhan Külegeç, İbrahim Kendirci və Aslı Enver kimi aktyorlar rol alırdı.

Serialın əsas obrazlarından olan Aslını Pelin Karahan, Efeni isə Dağhan Külegeç canlandırırdı. Onların ekran tərəfdaşlığı illər keçməsinə baxmayaraq tamaşaçıların yaddaşında qalıb.

Aktyorların illər sonra görüşməsi isə serialın pərəstişkarlarını keçmişə qaytarıb.

Kavak Yellerinin Efe və Aslısı illər sonra yenidən bir araya gəldi - FOTOLAR

Kavak Yellerinin Efe və Aslısı illər sonra yenidən bir araya gəldi - FOTOLAR

NE
Nihadə Eyyubova