Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "Volkswagen" markalı avtomobil "Mercedes" lə toqquşub.
İlkin versiyaya görə, "Volkswagen" markalı avtomobilin sürücüsü Pərviz Hüseynov ötmə əməliyyatını həyata keçirərkən öz yolu ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilin yoluna çıxıb.
Qəza zamanı "Mercedes"ın sürücüsü idarəetməni itirib və maşın aşıb.
Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü İsmayıl Bayramov və maşında olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb. (bizim.media)

