Gündəm

Şəhid Şahgündüz Cabbarovun anası oğlunun son arzusundan danışdı - VİDEO

Şəhid Şahgündüz Cabbarovun anası oğlunun son arzusundan danışdı - VİDEO

"Qarşınızda hədəf olanda özünüzə sərhəd qoymayın".

Bu sözlərin müəllifi Vətən uğrunda şəhid olan, cəbhədə böyük şücaətlər göstərən Şahgündüz Cabbarovdur.

Baku TV-nin məlumatına görə, Dövlət Neft Şirkətinin əməkdaşı olan Şahgündüz Vətən müharibəsi başlayan zaman torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşə yollanıb.

Özünün də dediyi kimi, qarşısına qoyduğu hədəfə çatmaq üçün bütün sərhədləri keçib. Şahgündüzün ən böyük arzularından biri isə doğma torpaqlarda Azərbaycan bayrağını dalğalandırmaq olub.

Şəhidin anası Simuzər Əmrahova oğlunun bayraq sevgisindən danışıb:

"Bu ev təmir olunub qurtaran kimi bayrağı divara vurdu. Dedi ki, Allah qoysa, bu bayrağı aparıb Vətənə vuracağam. Mən Laçını alacağam ki, sən gedəsən Vətənə. Döyüşlərə yollananda bayrağı çiyninə asıb getdi. Şəkillərində də var, bayraq çiynindədir. Gündüz şəhid olandan sonra yenə də biz oradan bayraq asdıq. Çünki onun ən böyük arzusu evdə bayrağın olması idi.

Gündüz müharibəyə gedəndə mən xəstə idim. Dedim ki, getmə. Mənə dedi ki, elə analar var ki, onun tək uşağı gedir. Amma sənin arxada övladın var. Mən getməliyəm".

NE
Nihadə Eyyubova