Ermənistanda hərbi qulluqçu Qriqor Zakaryanın güllə yarası almış meyiti tapılıb.
Avqustun 13-də Ermənistanda Müdafiə Nazirliyinin hərbi hissəsinin hərbi qulluqçusu Qriqor Zakaryanın güllə yarası almış meyiti aşkar edilib.
Demokrat.az-ın məlumatına görə, Ermənistan MN-nin mətbuat xidməti bildirib ki, hadisənin təfərrüatlarının müəyyən edilməsi məqsədilə araşdırma aparılır.
Xatırladırıq ki, bu hallar ermənistan ordusunda tez-tez baş verir. Zabitlərin təzyiqlərinə, ordudakı ağır şərtlərə dözməyən erməni çağırışçılar çıxış yolunu intihar etməkdə görürlər.


