Ermənilər növbəti dəfə tarixi saxtakarlığa əl atıblar. Onlar Gürcüstanın Batumi şəhərində yerləşən məşhur "Əli və Nino" heykəlinin videosunu paylaşıblar.
Paylaşımda heykəlin guya Tiqran və Tamaranın sevgi hekayəsini əks etdirdiyi iddia ediblər. Bu yalan məlumat sosial şəbəkələrdə qısa müddətdə geniş müzakirələrə səbəb olub.
Əslində isə bu unikal sənət əsəri azərbaycanlı yazıçı Qurban Səidin eyniadlı romanından ilhamlanaraq hazırlanıb. Heykəltəraş Tamara Kvesitadze tərəfindən ucaldılan abidə azərbaycanlı müsəlman bəy Əli Xan Şirvanşir ilə xristian gürcü qızı Nino Qipianinin məhəbbətini simvolizə edir. Qondarma iddiaların heç bir tarixi və ya bədii əsası yoxdur.


