Sağlamlıq Özəl

Qəbul etdiyimiz qidalar uşaqları autizm edir? — Açıqlama

Qəbul etdiyimiz qidalar uşaqları autizm edir? — Açıqlama

Azərbaycanda son 5 ildə tibb müəssisələrində autizm sindromlu şəxslərin sayı artıb. Bildirilib ki, 2021-ci ildən 2025-ci ilə dək 13 min 676 şəxsə autizm sindromu diaqnozu qoyulub. Statistikaya görə, uşaq autizmi diaqnozu ilə qeydiyyatda olanların sayı 2021-ci ildə 1624, 2022-ci ildə 2378, 2023-cü ildə 3029, 2024-cü ildə 3112, 2025-ci ildə isə 3533 nəfər olub. Atipik autizm diaqnozu ilə qeydiyyatda olanların sayı isə müvafiq olaraq 55, 64, 86, 103 və 123 nəfər təşkil edib. Son beş ildə uşaq autizmi iki dəfədən çox artıb.

Son illərdə autizm hallarının artmasının əsas səbəbi nədir? Autizm əsasən genetik mənşəlidir, yoxsa hamiləlik dövründə baş verən amillər də onun yaranmasına təsir edir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, autizmə daha düzgün adı autistik spektr pozuntusu anlayışıdır:

Qəbul etdiyimiz qidalar uşaqları autizm edir? — Açıqlama

“Bu, sinir sisteminin inkişafı ilə bağlı yaranan və əsasən sosial ünsiyyət, qarşılıqlı münasibətlər və davranışlara təsir göstərən inkişaf pozuntuları qrupudur. Bu pozuntular hər bir insanda fərqli dərəcədə özünü göstərə bilər. Məhz buna görə də “spektr” adlanır. Bəzi şəxslərdə əlamətlər daha yüngül, digərlərində isə daha ağır formada müşahidə olunur. Autizmin yaranma səbəbi bu günə qədər tam və birmənalı şəkildə müəyyən edilməyib. Lakin son illərdə ekoloji problemlərin artması, qidalanmada süni məhsulların çoxalması, hamiləlik dövründə virus və digər infeksiyaların geniş yayılması kimi amillərin dölün inkişafına mənfi təsir göstərə biləcəyi bildirilir. Bu təsirlər nəticəsində autizm spektr pozuntusu, uşaq serebral iflici və digər inkişaf anomaliyaları kimi halların yaranma riskinin artdığı qeyd olunur.

Adil Qeybulla vurğulayıb ki, xüsusilə nəzərə alsaq, müasir dövrdə insanlar gün ərzində çoxlu sərbəst radikalların təsirinə məruz qalırlar:

“Bu maddələr hüceyrələrdə mutasiyalara səbəb ola bilər və orqanizmin müdafiə mexanizmləri onların hamısını zərərsizləşdirməkdə hər zaman kifayət etmir. İnkişaf etməkdə olan döl isə bu təsirlərə daha həssasdır, çünki bütün qida və maddələri ana orqanizmi vasitəsilə qəbul edir. Bu baxımdan hesab olunur ki, ətraf mühitlə bağlı problemləri ,içməli suyun keyfiyyəti, qida məhsulları, dərman vasitələri və digər ekoloji amillərlə bağlı risklər aradan qaldırılmadıqca autizm spektr pozuntularının müşahidə olunma tezliyində artım davam edə bilər”.

Fidan Hacızadə

D
demokrat.az