Zəkanın formalaşmasında genetik və mühit amilləri rol oynayır.
Demokrat.az xəbər verir ki, bu fikiləri məşhur akademik Oytun Erbaş bildirib.
O qeyd edib ki, zəkanın təxminən 60 faizi genetik, 40 faizi isə mühitlə bağlıdır:
“Zəka göz rəngi kimi tam genetik deyil, dəri rəngi kimi həm irsi, həm də ətraf mühitin təsiri altında formalaşır. Uşağın zəka potensialı valideynlərin genetik xüsusiyyətlərinin birləşməsi nəticəsində yaranır, lakin genetik müxtəliflik səbəbindən nəticə hər zaman eyni olmur”.
Akademik vurğulayıb ki, yaxşı ailə və təhsil mühiti insanın mövcud zəka potensialını daha da inkişaf etdirə bilər, əlverişsiz şərait isə bu potensialın reallaşmasına mane olur:
“O, ABŞ-də biryumurtalı əkizlər üzərində aparılan araşdırmalara istinad edərək, fərqli ailələrdə böyüsələr belə, onların zəka səviyyələrinin və peşə seçimlərinin oxşar olduğunu bildirib. Zəkanın inkişafında həm genetika, həm də mühit mühüm rol oynasa da, genetik təməl həlledici amillərdən biri olaraq qalır”.


