Yasamal rayonu, Bünyad Sərdarov küçəsində yol qəzalı vəziyyətə düşüb və nəqliyyatın gediş-gəlişi üçün çətinlik yaranıb.
Demokrat.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı görüntüləri hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, hər gün istifadə etdiyi həmin yolda nəqliyyatən sıxlığı müşahidə olunur.
Sakinlərin sözlərinə görə, sözügedən ərazidə yol Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bağlanıb.
Məsələ ilə bağlı ADSEA ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ünvanda MTK-ya verilmiş texniki şərt əsasında su və kanalizasiya xətlərinin çəkilməsi istiqamətində işlər görülür:
"Ərazidə təhlükəsizlik tədbirləri görülüb, çəpərləmə və mühafizə baryerləri quraşdırılıb. İşlər başa çatdıqdan sonra asfalt örtüyünün bərpası ilə bağlı aidiyyəti üzrə müraciət ediləcək".


