Sağlamlıq Özəl

"Diabet hazırda günümüzün pandemiyasıdır" — Həkim

Diabet hazırda günümüzün pandemiyasıdır — Həkim

Son illərdə fast-food, şəkərli içkilər və yüksək kalorili hazır qidaların həddindən artıq istehlakı cəmiyyətdə ciddi narahatlıq doğuran sağlamlıq problemlərindən birinə çevrilib. Xüsusilə oturaq həyat tərzi və qeyri-sağlam qidalanma vərdişləri artıq çəki, piylənmə və şəkərli diabet kimi xroniki xəstəliklərin daha geniş yayılmasına səbəb olur.

Endokrinoloq Hidayət Məmmədzadəmövzu ilə bağlıDemokrat.az-a açıqlamasında diabetin günümüzün pandemiyası olduğunu bildirib.

Diabet hazırda günümüzün pandemiyasıdır — Həkim

"Diabet hazırda günümüzün pandemiyasıdır. Bizim ölkəmizdə 1 milyona yaxın şəkərli diabet xəstəsi var. Xəstəlik bütün dünyada artır. Buna stress, qeyri-sağlam qidalanma, hərəkətsiz həyat tərzi, ekoloji çirklənmə, fast-food qidaların geniş yayılması, genetik meyllilik, qohum nikahları və digər amillər təsir göstərir. Diabetin yaranmasının tək bir konkret səbəbi yoxdur. Sağlam həyat tərzi, vaxtında müayinədən keçmək və tibbi maarifləndirmə şəkərli diabetin qarşısının alınmasında mühüm rol oynayır.

İnsanlar vaxtında diabet müayinəsindən keçsələr, xəstəliyi erkən mərhələdə aşkar edib nəzarətdə saxlamaq mümkündür. Bunun üçün həm tibbi maarifləndirmə aparılmalı, həm də hər kəs sağlam həyat tərzinə əməl etməlidir. Bu, böyük ölçüdə insanın özündən asılıdır", - deyə həkim əlavə edib.

Qey edək ki, bir neçə gün əvvəl Bakıda gənc oğlan yaşadığı evdə qəfil vəfat edib. Hadisə ötən gecə Qaradağ rayonu Sahil qəsəbəsində baş verib. Saat 21 radələrində qəsəbə sakini 2006-cı il təvəllüdlü Nuran Qədirli səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib. Onun şəkərli diabetdən əziyyət çəkdiyi bildirilib.

Nuray Paşşanlı

D
demokrat.az