Dünya Özəl

NATO Liderləri Ankaraya gəlir: Tramp F-35 problemini həll edəcəyinə söz verdi — VİDEO

NATO Liderləri Ankaraya gəlir: Tramp F-35 problemini həll edəcəyinə söz verdi — VİDEO

Ankara NATO liderlər zirvəsinə hazırlaşır.

Demokrat.az Haber Global kanalına istinadən xəbər verir ki, Ankara səfəri öncəsi ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlama verib.

Tramp NATO üzvü olan ölkələrin başçılarını tənqid edərək bu təşkilata ümidinin olmadığını bildirib.

Tramp qeyd edib ki, NATO-nun Ankara zirvəsinə məhz Türkiyə prezidenti Ərdoğana olan hörmətinə görə qatılır.

"Ərdoğan yaxın dostumdur. Güclü bir liderdir. Ona böyük hörmətim var. Türkiyəni çox güclü bir dölətə çevirib, çox güclü bir ordu qurub", - deyə Tramp vurğulayıb.

Daha sonra ABŞ prezidenti türkiyə ilə F-35 məsələsində yaranmış problem haqda verilən suala belə cavab verib: "Bu məsələni müzakirə edəcəyik. Düşünürəm ki, bu problemi həll edə biləcəyik".

Alparslan Demokrat.az
D
demokrat.az