Gözəlləşməyə çalışan daha bir qadın bu arzusunun qurbanı olub.
Demokrat.az xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib.
Belə ki, özünü gözəlləşdirmək istəyən qadın gözəllik mərkəzində üzünə prosedur etdirib. Nəticədə üzündə ikinci dərəcəli yanıqlar yaranıb.
Qadın balaca oğlunun ondan qorxub qaçdığını bildirib və mərkəzdən şikayətçi olacağını deyib.

Jalə Demokrat.az


