Sağlamlıq Özəl

Maşını tez-tez dəyişmək psixoloji problemdir? — AÇIQLAMA

Maşını tez-tez dəyişmək psixoloji problemdir? — AÇIQLAMA

Psixoloq Varvara Likunova avtomobilini tez-tez dəyişən insanların əslində nə üçün belə davrandığını açıqlayıb. İlk baxışdan hər bir-iki ildə maşınını yeniləmək şəxsin maddi vəziyyətini göstərən bir işarə kimi görünə bilər, amma əslində bunun altında fərqli psixoloji mexanizmlər dayanır.

Demokrat.az-ın məlumatına görə bəzi insanlar üçün bu davranış “xarici dayağa əsaslanma sindromu” ilə əlaqəlidir. Belə ki, öz dəyərini və əhəmiyyətini xarici simvollar, status göstəriciləri vasitəsilə qoruyurlar. Avtomobil sadəcə nəqliyyat vasitəsi deyil, daxili narahatlıqları kompensasiya edən vasitəyə çevrilir.

Belə “kompensator” tipli insan üçün yeni maşın, öz əhəmiyyətinə dair şübhələri örtən “zireh” rolunu oynayır. İnsan ətrafındakılar maşına öyrəşdikcə təsir azalır və yeni maşına ehtiyac yaranır. Çox vaxt bunun arxasında keçmişdəki qiymətləndirilməmə təcrübəsi (“status travması”) durur və belə insanlar daim özlərini sübut etməyə çalışırlar.

Digər kateqoriya “demonstrator”lardır. Onlar başqalarının diqqət və heyranlıq səviyyəsinə görə hərəkət edir. Təsir azaldıqda narahatlıq yaranır və yeni maşın alınması bu duyğunu aradan qaldırır. Kişi mədəniyyətində avtomobil sosial status simvoludur, buna görə yeniləmə tək texnikaya olan maraq deyil, ikinci olmaq qorxusudur.

“Dopamin ovçuları” üçün maşın almaq emosional asılılıq yaradır. Model seçimi, alış prosesi, ilk sürüş, hamısı zövq hormonu dopaminin ifrazı ilə müşayiət olunur. Effekt tez azalır və yenilik hissini təkrar yaşamaq üçün davranış asılılığı yaranır. Bu, şopinq və ya oyun bağımlılığı ilə oxşardır.

“Qaçışçı” tipli insanlar üçün daimi yeniliklər daxili boşluqdan qaçma üsuludur. Maşın seçimi, komplektasiya və rənglə məşğul olmaq insanı aktiv saxlayır. Yenilik keçəndə narahatlıq yenidən yaranır və növbəti yeniliyin axtarışına başlanır.

“Kontrolçu”lar üçün yeni maşın həyat və status üzərində nəzarəti simvolizə edir. Yeniləmək mümkün olmadıqda bu şəxsi uğursuzluq kimi qəbul edilə bilər. Bəzi kişilər üçün avtomobil gənclik, güc və qüvvənin simvoludur. Yaş artdıqca və bədən, status dəyişdikcə, “gənc maşına” olan ehtiyac artır.

Varvara Likunova qeyd edir ki, avtomobil şəxsin öz dəyərini müəyyən edən əsas vasitəyə çevrilirsə, bu narahatlıq siqnalıdır.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova