Dünya

Müsəlmanları hədəf alan fransız kanalı cərimələndi

Müsəlmanları hədəf alan fransız kanalı cərimələndi

Fransanın media tənzimləyici orqanı olan Audiovizual və Rəqəmsal Kommunikasiya Tənzimləmə Qurumu (Arcom) “CNews” televiziya kanalına 100 000 avro məbləğində cərimə tətbiq edib.Bu barədə qərar 11 fevral 2026-cı il tarixində rəsmi qaydada açıqlanıb.

Demokrat.az bildirir ki, bu cərimə “CNews”in 2025-ci ilin yayında yayımlanan iki müxtəlif efir seqmenti ilə əlaqədardır. Həmin verilişlərdə səslənən bəzi ifadələr “müsəlmanlar, alicilər və Əlcəzair vətəndaşlarını təhlükə mənbəyi kimi təqdim etməklə ayrı-seçkiliyi təşviq edə bilər” kimi qiymətləndirilərək tənqid olunub. Arcom qərarında bu cür ifadələrin “diskriminasiyanı təşviq etmək potensialı” olduğu vurğulanıb.

Birinci seqment 8 avqust 2025-də yayımlanıb və burada bəzi çıxışlar “Əlcəzair ictimaiyyətinin Fransada təhlükə yaratdığı” kimi səsləndirilib. İkinci seqmentdə isə daha geniş mövzular müzakirə olunub və tənzimləyici orqan bunun da ayrımcılıq mesajları verdiyini bildirib. Arcomun qərarına görə birinci seqment üçün 25 000 avro, ikinci üçün isə 75 000 avro cərimə qoyulub — ümumilikdə 100 000 avro təşkil edir.

NE
Nihadə Eyyubova