Dünya

Litva prezidenti 20 Yanvar — Ümumxalq Hüzn Günü ilə əlaqədar paylaşım etdi

Litva prezidenti 20 Yanvar — Ümumxalq Hüzn Günü ilə əlaqədar paylaşım etdi

Litva Prezidenti Gitanas Nauseda Azərbaycanın 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin xatirəsini yad edib.

Demokrat.az-ın xəbərinə görə, Gitanas Nauseda öz "X" hesabında bununla bağlı paylaşım edib.

"Litva 1990-cı ilin yanvar ayında sovet təcavüzü zamanı şəhid olan günahsız insanların müqəddəs xatirəsini ehtiramla yad etdiyi bu gündə Azərbaycanla həmrəydir.

Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi.

Ruhları şad olsun", - deyə prezident bildirib.

NE
Nihadə Eyyubova