Məşhur “Oskar” mükafatı 2029-2033-cü illərdə yutubplatformasında tamamilə pulsuz yayımlanacaq.
Axşam.az xəbər verir ki, video platforması 5 il ərzində "Oskar"mərasimlərinin yayım hüququnu əldə edib.
Kino Akademiyası ümid edir ki, bu addım tədbirin internet auditoriyası üçün daha əlçatan olmasına kömək edəcək. Yutubsayəsində tamaşaçılar bir neçə dildə altyazı və səsli izahlarla mərasimə baxa biləcəklər.
Bütün dünyadan izləyicilər birbaşa yayımı, qırmızı xalı reportajlarını, səhnəarxası görüntüləri və “Oskar” bayram gecəsinin çəkilişlərini izləmək imkanı əldə edəcəklər. ABŞ-dəisə yutubTV abunəçiləri də bütün materialları seyr edə biləcəklər.


