ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetində baş verən atışma nəticəsində iki nəfər ölüb, xəsarət alanların sayı doqquza yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə şəhərin meri Brett Smayli məlumat yayıb.
Məlumata əsasən, ölən və yaralananların hamısı Braun Universitetinin tələbələridir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması hələlik mümkün olmayıb. Araşdırmalar davam etdirilir.
*** 06:49
ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetinin ərazisində baş verən atışma nəticəsində bir neçə nəfər xəsarət alıb.
Demokrat.azxəbər verir ki, bu barədə Providens polisinin mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
Məlumatda bildirilir ki, universitet ərazisində bir neçə şəxs odlu silahdan yaralanıb və hadisə ilə bağlı aktiv istintaq aparılır.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.


