Çeçenistan lideri Ramzan Kadırov tutduğu vəzifədən azad edilməsini xahiş edib.
Demokrat.az xəbər verir ki, bu barədə “Chechnya Today” xəbər agentliyi yazır.
Jurnalistlərlə söhbəti zamanı Kadırov tezliklə istefa verə biləcəyi ilə bağlı şayiələrə münasibət bildirib.
O bildirib ki, mən özüm də vəzifəmdən azad olunmağa razıyam, ümid edirəm ki, xahişim dəstəklənəcək.
Lakin o, bu müraciəti konkret olaraq kimə ünvanladığını açıqlamayıb.
Söhbət zamanı Kadırov mümkün varis haqqında da danışıb.
O, Çeçenistanın növbəti rəhbərinin öz baxışına malik olacağını bildirib.
Əfsanə Kamal Demokrat.az


