Dünya Özəl

Suriya İsrailin Dəməşqə endirdiyi zərbələri şərh edib

Suriya İsrailin Dəməşqə endirdiyi zərbələri şərh edib

Suriya administrasiyasının müvəqqəti rəhbəri Əhməd əl-Şaraa İsrailin mayın 2-nə keçən gecə Dəməşqdəki prezident sarayının ərazisinəendirdiyi hava zərbələrini təhlükəli eskalasiya hesab edib.

Demokrat.az xəbər verir ki , bu barədə onun ofisindən bildirilib.

Məlumatda deyilir ki, Suriya Ərəb Respublikasının Prezidenti dünənki prezident sarayının İsrail işğalçı qüvvələri tərəfindən bombalanmasını ən kəskin şəkildə pisləyir ki, bu da təhlükəli eskalasiya deməkdir.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz birgə bəyanatla çıxış ediblər. Onlar Suriya paytaxtında prezident sarayının yaxınlığındakı hədəfə hücum barədə məlumat veriblər.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova