Yunanıstanda müəllimlər maaşlarının artırılması tələbi ilə 24 saatlıq tətilə başlayıblar.
Demokrat.az xəbər verir ki, tətil çərçivəsində təxminən 5 min müəllim paytaxt Afinanın mərkəzinə toplaşaraq parlament binasının yerləşdiyi Sintaqma meydanına gedib.
Müəllim və tələbələrin müşayiəti ilə davam edən aksiyada təhsil sistemi ilə bağlı tənqidlər səsləndirilib. Təxminən 3 saat davam edən nümayiş insidentsiz başa çatıb. Təhsil işçilərinin əsas tələbləri arasında maaşların artırılması və dərs yükünün azaldılması üçün yeni müəllimlərin işə götürülməsi də var.
Mehriban Mirzəzadə Demokrat.az


