ABŞ-da prezidentliyə müstəqil namizəd Robert Kennedi Jr. 10 il əvvəl Mərkəzi Parka ölü ayı atdığını etiraf edib.
Demokrat.az xəbər verir ki, 2014-cü ilin oktyabrında Nyu Yorkun Mərkəzi Parkında iti ilə gəzdirən şəxs tərk edilmiş velosipedin yanında ölü ayı tapmışdı.
Altı aylıq bala olduğu təsbit edilən ayının bir avtomobil tərəfindən vurularaq öldüyü bildirilmişdi.
RFK Jr. komediyaçı Roseanne Barr ilə çəkdirdiyi videoda Kennedi, “Qarşıdakı mikroavtobusda olan bir qadın ayını vurdu. Ayı öldü. Ona görə də ayını götürüb maşının arxasına qoydum. Onun dərisini soyacaqdım. Çünki o, yaxşı formada idi. Ətini də soyuducuma qoyacaqdım” deyib.
Daha sonra isə axşam görüşə gecikdiyi üçün ayını maşında qoymaq istəmədiyini və onu atmaq qərarına gəldiyini, atmaq üçün isə bunu bir velosiped qəzası kimi göstərdiyini bildirib. Avtomobilindəki köhnə velosipedlə ayını parkda qoyub getdiyini izah etdiyi video ölkədə böyük əks-səda doğurub.
Əfsanə Rəcəb demokrat.az


