Erməninin öldürmək istədiyi türk idmançıdan - AÇIQLAMA (VİDEO)

İDMAN 08 okt 2019, 13:41

Xəbər verdiyimiz kimi, erməni idmançı Rafael Abrahamyan MMA döyüşündə türk rəqibi Batuhan Akdumanı boğaraq öldürmək istəyib.

 

Rusiyanın Samara şəhərində keçirilən GFC-18 turnirində Rusiyanı təmsil edən erməni Rafael Abrahamyanla türkiyəli Batuhan Akduman üz-üzə gəlib.

 

Videodan göründüyü kimi, erməni idmançı türk rəqibini boğma fəndi ilə məğlub edir. Rəqib əl işarəsilə təslim olduğunu bildirsə də, erməni idmançı onun boğazını buraxmayıb.

 

Görüşün hakimi hətta onları ayırmağa çalışsa da, erməni idmançı rəqibini boğmaqda davam edib. Nəticədə, Batuhan Akduman huşunu itirib. Onun köməyinə həkimlər gəlib. Yalnız həkimlərin müdaxiləsindən sonra türk idmançını özünə gətirmək mümkün olub.


 
 Türkiyə mətbuatı xəbər verir ki, erməninin öldürmək istədiyi Batuhan məsələylə bağlı açıqlama verib. O bildirib ki, erməni döyüşçü ilə üz-üzə gəlməyib. Yayılan məlumat Ermənistan mətbuatının uydurmasıdır: "Mən Rusiyada Abrahamyanla qarşılaşmamışam. Onun döydüyü şəxs Türkmənisan idmançısıdır. 


 
O bildirib ki, xəbərdən sonra Abrahamyana zəng edib: "Mən ona zəng etdim və dedim ki, əgər cəsarətin varsa, gəl görüşək. Sən kimsən ki, məni öldürmək istəyirsən. Onu 15 dekabrda döyüşə çağırmışam. Həmin döyüşdə Abrahamyan 2-ci raundu görməyəcək. Hətta dedim ki, istəyirsən Yerevanda görüşək".


 
Batuhan deyib ki, Azərbaycanda Mübariz İbrahimov necə qəhramandırsa, Abrahamyan da bu xəbərdən sonra Ermənistanda o cür qəhrəman olub.(azxəbər.com)

 

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top