Həmasın hərbi qanadının rəhbəri Məhəmməd Deif İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi zamanı öldürülüb.
Demokrat.az xəbər verir ki, bu barəd İsrail Müdafiə Qüvvələri (IDF) bildirib.
İsrail ordusu bu məlumatı təsdiqləyən kəşfiyyat məlumatı aldığını bildirib.
Xatırladaq ki, iyulun 13-də İDF Xan Yunis əyalətinin Əl-Məvasi bölgəsinə hücum edib. İsrail ordusunun məlumatına görə, hava hücumu Deyfin məhv edilməsinə yönəlib. Həmin vaxt Xan Yunisdəki bölməsinin komandiri Rəfa Salam da HƏMAS-ın birləşməsində idi.
Bundan əvvəl bildirilmişdi ki, iyulun 31-də səhər saatlarında HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb. Hərəkat hücumda İsrail və ABŞ-ı günahlandırıb. İsrail hələ də onun ölümünə görə məsuliyyəti üzərinə götürməyib.
Mehriban Mirzəzadə Demokrat.az


