Dünya Özəl

"Simpsonlar" Kamala Harrisi də təxmin edib? — Müəllifindən açıqlama

Simpsonlar Kamala Harrisi də təxmin edib? — Müəllifindən açıqlama

Məşhur cizgi filmi "Simpsonlar" mühüm hadisələrə dair proqnozları ilə böyük şöhrət qazanıb. Demokrat.az "NTV TÜRKİYE"yə istinadən xəbər verir ki, bu dəfə cizgi filmində Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyini də proqnozlaşdırıldığı iddia edilir. Daha əvvəl Trampa qarşı sui-qəsdin cizgi filmində göstərildiyi də iddia edilirdi. Kamala Harrisi cizgi filmindəki "Liza" obrazına bənzədiblər.

Bildirilir ki, 2000-ci ilin mart ayında yayımlanan serialın 11-ci mövsümünün 17-ci bölümündə Liza adlı personaj ABŞ-ın prezidenti kimi göstərilir.

Kamala Harris seçkilərdə qalib gəlsə, ölkənin ilk qadın prezidenti olacaq. Bu da cizgi filminib proqnozlarının bir daha öz təsdiqini tapması deməkdir. Sosial media istifadəçilərinin fikrincə, Harris və Liza arasında oxşarlıqlar var. Liza cizgi filmində prezident kimi and içərkən Harrislə demək olar ki, eyni paltarda görünür. Hər ikisi mirvari sırğalar, mirvari boyunbağı taxır və bənövşəyi kostyum geyinir.

Cizgi filminin müəllifi Al Jean iddialara aydınlıq gətirib. O, Harris və Lizanın fotosunu paylaşaraq “Bu proqnozun bir parçası olmaqdan qürur duyuram” sözlərini yazıb.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova