Dünya Özəl

Husilər Qırmızı dəniz və Fars körfəzində 3 gəmini vurdu

Husilər Qırmızı dəniz və Fars körfəzində 3 gəmini vurdu

Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz və Fars körfəzində 3 gəmini raket və pilotsuz uçuş aparatları (PUA) ilə vurub.

Demokrat.az xəbər verir ki, bu barədə Husilərin Hərbi sözçüsü Yəhya Seri açıqlama verib.

O, Qırmızı dəniz və Fars körfəzində 3 hərbi əməliyyat keçirdiklərini bildirib.

Seri, Qırmızı dənizdəki əməliyyatlar zamanı üç gəminin hədəf alındığını vurğulayıb.

Hərbi sözçü Qırmızı dənizdə hədəf alınan gəmilərin PUA və raketlərlə vurulduğunu bildirsə də, gəmilərin kimə aid olduğu barədə məlumat verməyib.

Qeyd edək ki, məsələ ilə bağlı ABŞ və İsraildən hələlik heç bir açıqlama verilməyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova