Rusiya prezidenti Vladimir Putin rəsmi səfərdə olduğu Özbəkistanın paytaxtı Daşkənddə Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib.
Açıqlamada tərəflər arasında aparılan danışıqlardan sonra 20 milyard dollara yaxın müxtəlif müqavilələrin imzalandığı bildirilib.
Açıqlamaya görə, imzalanan sazişlər arasında Rusiyanın Özbəkistanda aşağı gücə malik atom elektrik stansiyası tikməsi də var.
Reallaşacağı təqdirdə Orta Asiyada ilk atom elektrik stansiyası olacaq layihə ilə bağlı başqa təfərrüatlar açıqlanmayıb.
İki ölkə arasında müdafiə, terrorla mübarizə və texnologiya mübadiləsinə dair sazişlər də imzalanıb.
Aysu Demokrat.az


