Meksikada hökm sürən anomal isti hava şəraiti meşədə yaşayan heyvanlara mənfi təsir edib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, mayın 16-dan bəri ölkənin Tabasko əyalətində yaşayan meymunlar ölüb.
Bəzilərinin isə baytar həkimə aparılaraq müalicə olunduğu bildirilib.
Qeyd edək ki, bölgədə mart ayından bəri həddindən artıq isti hava şəraiti hökm sürür. Bu səbəbdən 26 nəfər ölüb.
Aysu Demokrat.az


