Çin, Tayvana silah satışında vasitəçilik etdikləri səbəbiylə üç Amerika şirkətinə sanksiya tətbiq edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
Məlumata görə, “Boeing Defence”, “General Atomics Aeronautical Systems” və “General Dynamics Land Systems şirkətləri” etibarsız qurum siyahısına daxil edilib.
Belə ki, sözügedən şirkətlərin Çinə daha çox sərmayə qoymasının qarşısı alınarkən, onların yüksək səviyyəli menecerlərinin Çinə girişi qadağan edilib.
Qeyd edək ki, Sanksiya qərarı Tayvanın yeni lideri Lai Çinq-tenin and içdiyi günə təsadüf edib.
Aysu Demokrat.az


