Avropa Birliyinin (AB) Kopernik peyk izləmə sistemi ilə aparılan ölçmələrə görə, keçən ay dünyada indiyə qədər qeydə alınan "ən isti mart" olub.
Demokrat.az xəbər verir ki, bu barədə Kopernikdən açıqlama verilib.
Açıqlamaya görə, keçən ay orta səth hava istiliyi 14,14 dərəcə olaraq ölçülüb.
Bu ölçünün 1991-2020-ci illərin orta göstəricisindən 0,73 dərəcə, 2020-ci ildə qeydə alınan əvvəlki ən isti mart ayından isə 0,10 dərəcə yuxarı olduğu ifadə edilib.
Məlumata görə, ötən ay qlobal miqyasda indiyə qədər qeydə alınan "ən isti mart", ardıcıl olaraq son 10 ay isə indiyə qədər qeydə alınan ən isti ay olub.
Qeyd edək ki, son 12 ayda qlobal orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,70 dərəcə yüksək olub.
Aysu Demokrat.az


