227 ABŞ rəsmisinin Rusiyaya girişinə qadağa qoyulub.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Nazirlikdən verilən yazılı açıqlamada ABŞ-nin Rusiyaya qarşı sanksiyalarını davamlı olaraq genişləndirdiyi bildirilib.
Buna qarşılıq olaraq, 227 ABŞ rəsmisinin Rusiyaya girişinə qadağa qoyulduğu açıqlanıb.
Həmçinin, bu şəxslər arasında Rusiya əleyhinə fəaliyyət göstərən diplomatlar, iş adamları, jurnalistlər və akademiklərin də olduğu vurğulanıb.
Sözügedən şəxslərin siyahısına ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller və ABŞ-nin Moskvadakı keçmiş səfiri Con Sallivan kimi adlar da daxildir.
Aysu Demokrat.az


