Dünya Özəl

Qəzzada ölənlərin sayı 30 minə yaxınlaşdı

Qəzzada ölənlərin sayı 30 minə yaxınlaşdı

İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlarda can itkisi 29 min 782-yə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda, Qəzza zolağında son 24 saatda 90 nəfərin öldüyü, 164 nəfərin yaralandığı bildirilib.

Buna uyğun olaraq, 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzzada öldürülən fələstinlilərin sayının 29 min 782, yaralıların sayının isə 70 min 43-ə yüksəldiyi qeyd edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova