Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında aşkarladığı 10 terrorçunu zərərsizləşdirib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında terrorçulara zərbələr endirməyə davam edir.
Bu çərçivədə Suriyanın şimalında Zeytun Budağı və Barış bulağı bölgələrində aşkarlanan daha 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Bundan əlavə, İraqın şimalında aşkarlanan digər 5 PKK terrorçusu da zərərsizləşdirilib.
Aysu Demokrat.az


