Hindistanın Qucarat əyalətində tələbə və müəllimləri daşıyan kiçik qayığın batması nəticəsində 14 nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, polis ştatın Vadodara şəhərindəki göldə tələbə və müəllimləri daşıyan kiçik qayığın çevrildiyini açıqlayıb.
Qayıqda 4 müəllim və 24 şagirdin olduğunu qeyd edən səlahiyyətlilər, qəzada 14 nəfərin öldüyünü bildirib.
Qeyd edək ki, bölgədə axtarış-xilasetmə işlərinin davam etdirilir. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Aysu Demokrat.az


