İran Pakistanın sərhəd bölgəsindəki bir kəndə etdiyi raket hücumunda 9 nəfərin həyatını itirdiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, Pakistan səhər saatlarında Sistan-Bəculistan vilayətinin sərhəd bölgəsindəki kəndə raket hücumu edib.
Hücumda 3-ü qadın və 4-ü uşaq olmaqla ümumilikdə 9 nəfər həyatını itirib.
Bundan əlavə, vilayətin Seravan şəhərində də partlayış baş verib, lakin can itkisinin olmadığını bildirilib.
Aysu Demokrat.az


