ABŞ-nin paytaxtı Vaşinqtonda məktəblərə bomba xəbərdarlığı edilməsindən sonra polis araşdırmalara başlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Vaşinqton Polis Departamenti məlumat yayıb.
Məlumata görə, Vaşinqtonda bir neçə məktəbə eyni anda bomba təhdidləri olan məktublar göndərilib. Bununla da ərazidə polis tərəfindən hərtərəfli araşdırmalara başlanılıb.
Yoxlamadan sonra heç bir şübhəli paket və ya təhlükə aşkar edilmədiyi bildirilsə də məsələ ilə bağlı araşdırmaların davam etdiyi açıqlanıb.
Aysu Demokrat.az


