Fransanın səhiyyə naziri Aurelien Rousseau istefa verib.
Demokrat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, buna səbəb Fransada immiqrasiya qanunlarını sərtləşdirməyə dair qanun layihəsinin parlamentdə, daha sonra isə Senatda qəbul edilərək qanuna çevrilməsi olub.
Səhiyyə naziri Aurelien Rousseau Le Monde qəzetinə verdiyi açıqlamada qanuna etiraz olaraq istefa verdiyini və bu qanunu müdafiə etməyinin mümkün olmadığını bildirib.
Aysu Demokrat.az


