Dünya Özəl

İraqın şimalında 2 terrorçu zərərsizləşdirildi

İraqın şimalında 2 terrorçu zərərsizləşdirildi

İraqın şimalındakı Haftanin bölgəsində aşkarlanan 2 PKK terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Türk Silahlı Qüvvələri terrorla mübarizəni davam etdirir:

"Silahlı qüvvələrimiz, tap, məhv et" şüarı ilə terrorçuların üzərinə dəmir yumruq vurmağa davam edir. Qətiyyətlə davam etdirdiyimiz əməliyyatlarımız nəticəsində Haftanin bölgəsində 2 PKK terrorçusu aşkarlanıb və PUA ilə zərərsizləşdirilib”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova