Meksikanın San Luis Potosi əyalətində turist avtobusunun uçuruma aşması nəticəsində 10 nəfər ölüb, 18 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Halisko əyalətindən yola düşən avtobus, San Luis Potosi-Qvadalaxara avtomobil yolunda uçuruma aşıb.
Qəzada 10 turist həyatını itirib, bəziləri ağır olmaqla 18 nəfər yaralanıb.
Əraziyə xeyli sayda təcili yardım qrupları gəlib və yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.
Qəza ilə bağlı araşdırmalar aparılır.
Aysu Demokrat.az


