Türkiyədə 41 yaşlı kişi doldurmağa çalışdığı su çəninin altında qalaraq xəsarət alıb.
Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.
Bildirilib ki, hadisə Türkiyənin Mardin vilayətində günorta saatlarında baş verib.
Diqqətsizlik nəticəsində çənin altında qalan şəxs ağır yaralanıb.
Hadisə yerinə gələn xilasetmə qrupları yaralını xəstəxanaya yerləşdirib.
Hadisə ilə əlaqədar araşdırma aparıldığı bildirib.
Aysu Demokrat.az


