“Meta” Kanadadakı "Facebook" və "Instagram" istifadəçilərinin bu platformalarda xəbər paylaşımını məhdudlaşdıracağını açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.
“Meta”dan verilən açıqlamaya görə, məsələ ilə əlaqədar yeni qanun qəbul edilib.
Eyni zamanda qərar qüvvəyə minmədən Kanadada bütün istifadəçilərin xəbər paylaşımının məhdudlaşdırılacağı qeyd olunub.
Sözügedən yeni qanuna görə, "İnstagram" və "Facebook" kimi platformalarda xəbər paylaşımı üçün xəbər agentlikləri ödəniş etməlidir.
“Meta” bunun qarşısını almaq üçün bəzi ölkələrdə xəbər paylaşımını məhdudlaşdırmağa başlayıb.
Aysu Demokrat.az


