Dünya Özəl

Parisdəki partlayışda yaralananların sayı 50-yə çatdı

Parisdəki partlayışda yaralananların sayı 50-yə çatdı

Fransanın paytaxtı Parisdə binada baş verən partlayışda yaralananların sayı 50-yə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Paris şəhər Prokurorluğu məlumat yayıb.

Prokurorluq partlayışda 6-sı ağır olmaqla ümumilikdə 50 nəfərin yaralandığını açıqlayıb.

Eyni zamanda, dağıntılar altında qalan bir nəfərin hələ də axtarıldığı bildirilib.

Hadisə ilə bağlı istintaq başladılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova