Dünya Özəl

Bayden Hindistanın Baş nazirini Ağ Evdə qəbul etdi

Bayden Hindistanın Baş nazirini Ağ Evdə qəbul etdi

ABŞ Prezidenti Co Bayden Hindistanın Baş naziri Narendra Modini Ağ Evdə qəbul edib.

Demokrat.az xəbər verir ki, görüş Vaşinqton vaxtı ilə səhər saatlarında baş tutub.

Ağ Evə gələn Prezidenti Bayden və xanımı Cil Bayden təntənəli mərasimlə qarşılayıblar.

Hər iki ölkənin dövlət himnlərinin oxunduğu mərasimdə bir çox hindistanlı və amerikalı nümayəndələr də iştirak edib.

Görüşdə çıxış edən Bayden bildirib: "Bu əsrdə dünyanın üzləşdiyi çətinliklər və imkanlar Hindistan və ABŞ-dan birlikdə işləməyi və liderlik etməyi tələb edir".

Bayden ölkəsinin Hindistanla iqtisadiyyat, səhiyyə, iqlim dəyişikliyi ilə mübarizə, enerji və ərzaq təhlükəsizliyi sahələrində işlədiklərini bəyan edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova