Mərkəzi Amerika ölkəsi olan Hondurasda qadın həbsxanasında baş verən qiyamda ən azı 41 qadın həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.
Qiyamın həbsxanalardakı korrupsiya ilə əlaqədar olduğu bildirilir.
Yerli rəsmilərin sözlərinə görə, qiyam zamanı bir neçə qadın yandırılıb, digərləri isə güllələnib.
Yaralanan 7 nəfərə isə dövlət xəstəxanasında tibbi yardım göstərilib.
Hadisə ilə bağlı hələki rəsmi açıqlama verilməyib.
Aysu Demokrat.az


