Dünya Özəl

Ağ Ev: İran Rusiyaya dron istehsalında kömək edir

Ağ Ev: İran Rusiyaya dron istehsalında kömək edir

Ağ Ev bəyan edib ki, İran paytaxt Moskvanın şərqində PUA fabriki tikmək üçün Rusiyaya yardım edir.

Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Məlumata əsasən, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bu barədə açıqlama verib.

O bildirib ki, ABŞ kəşfiyyat rəsmiləri Moskvadan bir neçə yüz mil şərqdə yerləşən sənaye zonasında inşa edilən PUA zavodu gələn il istehsala başlayacaq.

Həmçinin, Ağ Ev tikilməkdə olan fabrikin peyk vasitəsilə çəkilmiş görüntülərini mətbuatla paylaşıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova