Dünya Özəl

Bayden “ABŞ-ın borc limiti” adlanan qanunu təsdiqlədi

Bayden “ABŞ-ın borc limiti” adlanan qanunu təsdiqlədi

ABŞ Konqresinin Nümayəndələr Palatası borc limitini artırmaqla ölkənin defoltunun qarşısını alacaq qanun layihəsini qəbul edib.

Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.

ABŞ yanvarın 19-da 31,4 trilyon dollar borc həddinə çatıb və ABŞ Maliyyə Nazirliyi limiti aşmamaq və mümkün defoltun qarşısını almaq üçün fövqəladə tədbirlər görməyə başlayıb.

Tədbirlər çərçivəsində "borc limiti" qanun layihəsi tərtib edilib.

Ağ Evlə Respublikaçılar arasında uzun sürən danışıqlardan sonra qanun layihəsi qəbul edilib.

ABŞ Prezidenti Co Bayden qanun layihəsi qəbul edildikdən sonra məsələ ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada deyilir ki, Nümayəndələr Palatası ilk defoltun qarşısını almaq və ABŞ-ın əziyyətlə qazanılan tarixi, iqtisadi bərpasını qorumaq üçün kritik bir addım atıb.

Aysu Demokrat.az

D
demokrat.az