Koreya müharibəsində həlak olan ABŞ əsgəri Lüter Herşel Storinin cəsədi 73 ildən sonra dəfn olunmaq üçün ailəsinə təhvil verilib.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Məlumata əsasən, əsgərin 1 sentyabr 1950-ci ildə 18 yaşında öldüyü təxmin edilir.
Ölümündən bir ay sonra cəsədi tapılan Storinin şəxsiyyəti dövrün məhkəmə-tibb texnikası ilə müəyyən edilə bilməyib.
Ötən ilin aprel ayında isə ABŞ ordusu DNT nümunələrindən istifadə edərək onun kimliyini tapıb və cəsəd ailəsinə təhvil verilib.
Qeyd edək ki, amerikalı əsgərin Corciya ştatında hərbi mərasimlə dəfn ediləcəyi açıqlanıb.
Aysu Demokrat.az


